İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü
30-08-2024 17:24 / Bu xəbər 715 dəfə oxundu
Avqustun 30-da Müsavat Partiyasının başqanı İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ilə görüşüb.
Müsavat Partiyasının qərargahında baş tutan görüşdə sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər və digər məsələlər müzakirə olunub.
Görüşdə Müsavat başqanının müavinləri və deputatlığa namizədlər Nüşabə Sadıxlı, Gülağa Aslanlı, Razim Əmiraslanlı və Mustafa Hacıbəyli iştirak ediblər.