İsa Qəmbərin "Feysbuk" hesabına müdaxilə edilib: ""Pegasus" skandalına münasibətimi bildirəndən sonra..."

İsa Qəmbərin

26-07-2021 13:43 / Bu xəbər 2987 dəfə oxundu

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbərin feysbuk hesabına müdaxilə edilib.

"23 iyul saat 22-dən "Facebook" profilimə və səhifəmə daxil ola bilmirəm. Səbəbi hələ ki məlum deyil. Problemin məhz "Pegasus" skandalına münasibətimi bildirəndən sonra yaranması şübhəli olsa da, bunun kənar müdaxilə, profilin oğurlanması və ya texniki səbəbdən baş verməsini indillik araşdırıram. Araşdırma bitəndən sonra yekun fikrimi deyəcəyəm”, – deyə İsa Qəmbər bildirib.

İsa Qəmbər onun adından yayıla biləcək paylaşımlara və mesajlara görə "Feysbuk"dakı dostlarını xəbərdar edib: "Dostlar, xahiş edirəm nəzərə alın ki, həmin vaxta qədər profilimdə və səhifəmdə peyda ola bilən yazılar və ya messengerdən kiməsə göndərilə bilən mesajların mənə aidiyyəti yoxdur”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Arqument.az-a deyib ki, problem hələ də həllini tapmayıb: "Hazırda İT mütəxəsisləri bu işlə məşğuldurlar. Araşdırma gedir. İsa bəy özü də açıqlama yayıb ki, araşdırmanın nəticəsi barədə məlumat verəcək".