“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hesabat yayıb
01-03-2022 10:37 / Bu xəbər 1278 dəfə oxundu
"Yanvar-fevral aylarında insan hüquqları ilə bağlı vəziyyət ürəkaçan deyil"
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2022-ci ilin yanvar və fevral ayları üçün insan hüquqlarının, həmçinin işgəncə hallarının pozulmasına dair hesabatını açıqlayıb.
Məlumatı Meydan TV-yə təşkilatın sədri Fikrət Cəfərli verib.
Hesabatda bildirilir ki, aparılan monitorinqə əsasən, Azərbaycanda son aylarda ən çox siyasi hüquqlar, azad-fikir və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırılması, mülkiyyət, işgəncəyə və ayrı-seçkiliyə məruz qalmamaq hüquqları pozulub.
"İctimai-siyasi xadimlərin, ictimai fəalların şantaj və susdurmaq məqsədini güdən, mediada və sosial şəbəkələrdə yayılan şəxsi yazışmalar, şəkillər, videollar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmır və bu sahədə vəziyyət heç də ürəkaçan deyil”, - hesabatda vurğulanır
Mərkəzin hesabatında bir çox sahələrdə, xüsusən də insan hüquq və azadlıqları, işgəncə, qeyri-insani rəftar və məhkəmə-hüquq sistemindəki hüquq pozuntuları yer alıb.
Hesabtda Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun Ələt qəsəbəsinə aparılaraq ağır işgəncələrə məruz qalması, keçmiş Baş prokuror və həbs olunana qədər də xarici ölkələrdə səfir işləmiş Eldar Həsənovun saxta və qurama ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilməsi qeyd olunub.
Mərkəzdən bildirilib ki, baş verən qanun pozuntuları ilə bağlı bəyanatlar verilib.