İŞİD Bağdad yaxınlığındakı şəhəri ələ keçirib

İŞİD Bağdad yaxınlığındakı şəhəri ələ keçirib

11-04-2015 04:25 / Bu xəbər 1082 dəfə oxundu

"İraq Şam İslam Dövləti" qruplaşması İraqın ər- Ramadi şəhərinin bir neçə bölgəsində nəzarəti ələ keçirib. 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, uzun sürən döyüş nəticəsində İraq ordusunun azı 10 əsgəri həlak olub. 

Anbar əyalətində İraq ordusuna rəhbərlik edən general Qasım Əl-Məhəmmədinin isə yaralandığı bildirilir. 

Qeyd edək ki, ər-Ramadi şəhəri paytaxt Bağdaddan 110 km qərbdə yerləşir.

Arqument.Az