İŞİD-çiləri zəhərlədilər

İŞİD-çiləri   zəhərlədilər

09-01-2014 14:01 / Bu xəbər 810 dəfə oxundu

Terrorçu qruplaşma üzvlərinin yeməklərinə zəhər qatıblar

İŞİD terror qruplaşmasının üzvlərini qidalarına zəhər qatıb öldürüblər.

Azad Suriya Ordusunun üsyançı üzvlərindən bir neçəsi İŞİD terror qruplaşmasının düşərgəsinə daxil olub. 

Aşpaz qılığında qruplaşmanın içərisinə girən ASO-lular İŞİD-çilərə nahar hazırlanarkən yeməklərinə zəhər əlavə ediblər. 

Zəhərlənmə nəticəsində 30-a yaxın terrorçunun halı pisləşib. Onlardan 12-si elə oradaca keçinib. 16 İŞİD-çi isə yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb. 

Sözügedən düşərgədə mindən artıq silahlının olduğu güman edilir. 

Qeyd edək ki, ötən ay da analoji hadisə baş vermişdi. Həmin vaxt isə onlarla İŞİD-çi qəbul etdiyi qidadan zəhərlənmişdi.(ANS)

Arqument.az