“İŞİD-in 16 silahlısı Türkiyədə həbsdədir” - Nazir
21-01-2014 10:40 / Bu xəbər 780 dəfə oxundu
İŞİD terror qruplaşmasının 16 silahlısı hazırda Türkiyə də həbsdədir.
Bu barədə ötən gün parlamentdə çıxışı zamanı ölkənin ədliyyə naziri Bəkir Bozdaq bildirib.
“Noyabrın 19-dək olan məlumata əsasən, İŞİD qruplaşmasının fəaliyyətinə cəlb olunmuş fiziki şəxslərdən 16 nəfəri hazırda həbsxanadadır”, deyə Bozdaq bildirib.
O əlavə edib ki, həbs edilənlərin arasında martda Niqde əyalətində 3 polis əməkdaşının qətli daxil olmaqla, Türkiyədə törədilən iri terror aktlarının iştirakçıları da var. Onlar Ankarada yüksək təhlükəsizlik səviyyəsinə malik olan həbsxanaların birində saxlanılır(APA)
Arqument.az












