İŞİD liderinin ölüm xəbəri yayıldı
26-04-2015 01:25 / Bu xəbər 1187 dəfə oxundu
İŞİD terror qruplaşmasının başçısı, “xəlifə” Əbu-Bəkr əl-Bağdadi öldürülüb.
Musavat.com-un məlumatına görə, bu barədə İraqın “Waradana” agentliyi Mosuldakı anonim mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, qruplaşmanın yüksək çinli üzvləri “xəlifə”nin öldüyünü təsdiqləyiblər. əl-Bağdadi həkimlərin səylərinə baxmayaraq, Rakka şəhərində dünyasını dəyişib. Mənbə bildirib ki, artıq onun varisi bəllidir – bu Əbdürrəhman əl-Şeyxlardır (ləqəbi Əbu əl-Əfri). İŞİD-in yeni başçısı əvvəllər fizika müəllimi işləyib.
Məlumata görə, Əbu Bəkr əl-Bağdadi martın 18-də, İraqın şimalında koalisiya qüvvələrinin hava zərbələri nəticəsində yaralanıbmış.
Arqument.Az












