İŞİD liderlərinin ölüm xəbəri yayıldı

İŞİD liderlərinin ölüm xəbəri yayıldı

26-01-2015 14:42 / Bu xəbər 938 dəfə oxundu

İŞİD-ə qarşı yaradılan  ABŞ  koalisiyanın hücumları zamanı təşkilatın mühüm liderlərinin öldürüldüyü bildirilir.

Avropa.info-nun "əl-Ərabiyyə" kanalına istinadən verdiyi xəbərdə bildirilir ki, koalisiya qüvvələrinin İŞİD-in İraqın əl-Qaim şəhərində yerləşən mövqelərini bombalaması zamanı təşkilatın bir sıra mühüm şəxsləri öldürülüb. 

"Əl-Ərabiyyə"nin müxbiri bombardman zamanı Əbu Muslim ət-Türkməni, Əbu Muslim əş-Şişəni, Əbu Übeydə əl-Əzzəvi və Samir Məhəmməd kimi İŞİD liderlərinin öldürüldüyü bildirir. Həlak olanlar arasında adı keçən Samir Məhəmmədin Frat valisi olduğu bildirilir.

Bəzi mənbələr isə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin də öldürülənlər arasında olduğunu iddia edib. Bu, son aylarda onun dördüncü ölüm xəbəridir.

Arqument.Az