"İslam Almaniyanın bir hissəsidir" - Angela Merkel

18-08-2016 13:40 / Bu xəbər 1394 dəfə oxundu

Almaniya kansleri Angela Merkel bəyan edib ki, qaçqınlar Almaniya Federativ Respublikasına terrorizm gətirə bilməyib. 

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, Merkel Konstitusiyaya söykənən İslamın Almaniyanın bir hissəsi olduğunu bildirib.

Avqustun 15-də AFR xüsusi xidmət orqanları "İslam dövləti"nin insanları qaçqın düşərgələri vasitəsilə öz tərəflərinə çəkməsi hallarının yüzlərlə olduğunu bəyan edib. 1.5 il əvvəl alman əks-kəşfiyyatı miqrantlar arasında İŞİD-çi olduğunu bildirmişdi. Bildirilirdi ki, ekstremistlər Almaniyaya Yaxın Şərqdən və ya Şimali Afrikadan olan qaçqın görkəmində keçiblər. 
İyunda daxili işlər naziri Tomas de Mezyer bəyan edib ki, Almaniyadan 800-dən artıq adam Suriya və İraqa gedib.

2015-ci ildə Avropada baş verən miqrasiya krizisi ən çox Almaniyanı vurdu. Almaniya 1 milyondan çox qaçqını qəbul etdi. Rəsmi proqnoza görə, Almaniyada il ərzində hələ 800 min qaçqın qeydiyyatdan keçəcək. Merkelin apardığı miqrasiya siyasəti ölkədə birmənalı qarşılanmır. Sosial sorğulara görə, vətəndaşların 52 faizi bu siyasəti dəstəkləmir.

Arqument.Az