İspaniya-Almaniya matçında nəticə açıqlandı

İspaniya-Almaniya matçında nəticə açıqlandı

28-11-2022 01:43 / Bu xəbər 1327 dəfə oxundu

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb. 

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 

83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.

Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub. 

Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər. 

Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb. 

Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.

Report