İşsizlərin qeydiyyata alınmaları üçün elektron müraciət günləri açıqlanıb

İşsizlərin qeydiyyata alınmaları üçün elektron müraciət günləri açıqlanıb

07-04-2020 23:29 / Bu xəbər 925 dəfə oxundu

Rayon və şəhərlər üzrə işsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin QRAFİKini təqdim edib.

Bu barədə nazirliyin rəsmi saytında məlumat yayılıb. 

Məlumata görə, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin QRAFİKdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.  

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini  http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.