İstintaq təcridxanasında Ülvi Həsənliyə təzyiq edilir
11-12-2023 14:48 / Bu xəbər 733 dəfə oxundu
"Abzas Media" onlayn nəşrinin direktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ülvi Həsənli təhdidlərə məruz qalır.
Əsasən ona qarşı ombudsmana müraciətlə bağlı iddialar irəli sürülüb.
Bu barədə "Turan"a onun yaxınları bildiriblər.
Həsənliyə yaxınları ilə görüşləri və telefon danışıqları, sonra isə vəkillərlə telefonla ünsiyyəti qadağan ediblər.
Bütün bunlar onun ombudsmana müraciətindən sonra baş verib.
Təcridxana rəhbərliyi xəbərdarlıq edib ki, əgər o, bundan sonra da şikayət etsə, "vəziyyəti pisləşəcək".
Penitensiar Xidmətdən bu məlumatı şərh etmək xahişinə cavab olaraq deyiblər ki, məsələ araşdırılacaq və məlumat veriləcək.
Ülvi Həsənli noyabrın 20-də saxlanılıb.
Ertəsi gün məhkəmə onu qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edib.
Ülvi Həsənli ittihamları rədd edib və özünə qarşı təqibləri "Abzas Media"nın apardığı korrupsiya araşdırmaları ilə əlaqələndirib.