İsveç hökuməti epidemiya zamanı səlahiyyətlərini artırmağı planlaşdırır

İsveç hökuməti epidemiya zamanı səlahiyyətlərini artırmağı planlaşdırır

04-04-2020 20:06 / Bu xəbər 331 dəfə oxundu

İsveç hökuməti koronavirus epidemiyası zamanı ona əlavə səlahiyyət verəcək qərar layihəsi hazırlayıb. 

Arqument.az xarici mediaya istinadən xəbər verir ki, hökumət parlamentin təsdiqinə ehtiyac olmadan daha sürətli qərar qəbul etmək istəyir. 

Hökumət əlavə səlahiyyətlərinin üç ay davam etməsini istəyir. 

Hökumət bu qərarın qəbul edilməsində müxalifətdən dəstək istəyir, amma müxalifət partiyaları parlamentə "veto” qoyan bir bənd əlavə etmək istədiklərini bildiriblər.

Bundan əvvəl İsveçdə 50-dən çox insanın iştirakı ilə tədbirlər keçirmək və xizək kurortları qadağan edilmişdi.

Koronavirusla mübarizəyə İsveçin yanaşması bir çox digər Avropa ölkələrindən fərqlənir: insanların evdən işləmələri tövsiyə olunsa da, ölkədə məktəblər əsasən açıqdır və hələ də 50 nəfərədək ibarət qruplarla toplaşmağa icazə verilir.

Nizami