İsveç Ukraynaya 25 milyon avro ayıracaq

İsveç Ukraynaya   25 milyon avro ayıracaq

28-01-2014 18:04 / Bu xəbər 1021 dəfə oxundu

 İsveç Ukraynanın Avropaya inteqrasiyası üçün aparılan islahatlara dəstək məqsədilə 25 milyon avro ayıracaq.  

 Bunu İsveçin  Ukraynadakı səfiri Andreas Bekerat deyib.

“Mənim ən vacib vəzifələrimdən biri bu ölkəyə Avropa İttifaqına inteqrasiya məsələlərində yardım etməkdir. Həmçinin ölkəmiz Ukraynadakı islahatlara dəstək vermək üçün ilkin olaraq 25 milyon avro ayıracaq”, - deyə diplomat bildirib. (APA)

Arqument.az