İyulda Azərbaycanda 74 nəfər zəhərlənib: 5 nəfər ölüb
02-08-2024 12:06 / Bu xəbər 610 dəfə oxundu
Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb
2024-cü ilin iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.
Bu barədə tibbi mərkəzin mətbuat xidmətindən bildirilib.
Şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, 2-si kimyəvi maddələrdən, 2-si fosfor üzvi birləşmələrdən, 1 nəfər isə qidadan zəhərlənib.
Həmçinin 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anaflaksiya (orqanizmə zülal təbiətli yad maddələrin – antigenlərin (anafilaktogenlərin) yeridilməsi nəticəsində inkişaf edən patoloji proses) səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (4 nəfər kişi, 1 nəfər qadın) həyatını itirib.
Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.