Jurnalist COVID-19-dan dünyasını dəyişdi

Jurnalist COVID-19-dan dünyasını dəyişdi

28-07-2020 12:02 / Bu xəbər 1929 dəfə oxundu

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.

APA-nın məlumatına görə, o, bu gün həyatını itirib.

Faktı APA-ya TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib. 

COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu "Yeni klinika”da müalicə olunurdu.