Jurnalist: "İcra başçısı 42 icra nümayəndəsindən pul yığıb"

Jurnalist:

08-01-2024 01:33 / Bu xəbər 1769 dəfə oxundu

Lənkəran icra başçısının 42 kənd üzrə icra nümayəndəsindən pul yığıldığı iddia olunur.
 
Məlumatı jurnalist Aydın Can özünün sosial media hesabında yayıb. 

Bu pulun onlardan niyə yığılması haqda əlavə xəbər verilmir. 

Belə çıxır ki, icra nümayəndələri həmin vəsaiti icra hakimiyyətinə təqdim ediblər.
 
Lənkəranın icra başçısı Taleh Qaraşovdur.

Lənkəran Şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirməyib.