Jurnalist Mahir Xəttab saxlanılıb

Jurnalist Mahir Xəttab saxlanılıb

10-09-2021 15:43 / Bu xəbər 1140 dəfə oxundu

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab sentyabrın 9-da axşam saatlarında saxlanılıb. 

Meydan TV-nin məlumatına görə, o, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilir. 

Sayt rəhbərinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Mahir Xəttabın saxlanmasını Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib. 

Prokurorluqdan bildirilib ki, məsələylə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.