Jurnalist nazirdən şikayətçiləri məhkəməyə çağırdı

Jurnalist nazirdən şikayətçiləri məhkəməyə çağırdı

07-06-2019 15:29 / Bu xəbər 854 dəfə oxundu

Səhiyyə Naziri Oqtay Şirəliyevin məhkəməyə verdiyi jurnalist Teymur Kərimov iyun ayının 7-də Nəsimi Rayon Məhkəməsinə çağrılıb.

Teymur Kərimovun bildirdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin (CM) 147.2-ci (Böhtan) maddəsi ilə məhkəmə işi başlayıb.

Məhkəmə iyun ayının 10-a təyin edilib.

"İddia ondan ibarətdir ki, guya mən Azərbaycan səhiyyəsininə kölgə salmışam, guya mən yalan bildrmişəm ki madddi-texniki vasitələr çatmır. Halbuki bütün faktlar var əlimdə.  Məhkəməyə təqdim edəcəyəm. Görək hakim icraata götürəcəkmi?”, - jurnalist bildirib. 

Teymur Kərimov Səhiyyə Nazirliyindən şikayətçi olan hər kəsi şahid qismində məhkəməyə çağırıb.

Mayın 18-də T.Kərimov Səhiyyə Nazirliyin qarşısında aksiya keçirmişdi.

O, xəstə anasının müalicəsinə pul tapmadığını bildirərək, üst geyimini soyunmuş, paltarlarını satacağını açıqlamışdı.///toplum.tv