Jurnalist Qadir İbrahimli vəfat edib

Jurnalist Qadir İbrahimli vəfat edib

20-05-2022 14:06 / Bu xəbər 1661 dəfə oxundu

O, Lənkəranda dəfn ediləcək

"İstiqlal.az” saytının baş redaktoru, jurnalist Qadir İbrahimli mayın 20-də vəfat edib.

TƏBİB-in məlumatına görə, kəskin qaraciyər sirrozundan əziyyət çəkən Qadir İbrahimli mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qadir İbrahimli 1968-ci ildə Lənkəranda anadan olub. 

O, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2008-ci ildən "Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri olub. 

2010-cu ildən Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibində yer alıb, komissiyanın üzvü və sədri kimi fəaliyyət göstərib.

Qadir İbrahimli həmçinin Odlar Yurdu Univeristetində iqtisadiyyat və menencment üzrə pedaqoq olaraq da çalışıb.

Jurnalist doğulduğu Lənkəran şəhərində dəfn ediləcək.