Jurnalist qoluna qandal vurularaq məhkəməyə gətirildi

Jurnalist qoluna qandal vurularaq məhkəməyə gətirildi

06-10-2021 14:58 / Bu xəbər 1096 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəallarının keçirdiyi aksiyanı işıqlandıran zaman saxlanılan jurnalist Anar Abdulla məhkəməyə gətirilib.

Arqument.az-ın əməkdaşı xəbər verir ki, məhkəməyə gətirilən jurnalistin qoluna qandal vurulub.

O, məhkəməyə gətirilən zaman  jurnalistlərə deyib ki, saxlanılarkən fiziki zorakılığa məruz qalıb. 

Anar Abdullaya qarşı İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə ittiham irəli sürülüb. 

Proses Nərimanov Rayon Məhkəməsində keçirilir. 

Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalları Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Onlar həbsdə olan AXCP üzvü Niyaməddin Əhmədova azadlıq tələb ediblər.