Jurnalistlərə "işverən" deyən "Fairmont Baku" "qəhrəmanı" həbs edildi

Jurnalistlərə

06-07-2020 14:50 / Bu xəbər 1470 dəfə oxundu

"Fairmont Baku” hotelinin 14 müştərisi inzibati məsuliyyətə cəlb olunub

Ölkədə sərt karantin rejiminin elan olnmasına baxmayaraq "Fairmont Baku” hotelinin müştəriləri qəbul etməsi sosial şəbəkələrdə etirazla qarşılanıb. 

İyulun 5-də hoteldən foto və video görüntülər "Facebook”da yayılıb. 

Bunun ardınca Daxili İşlər Nazirliyinin əməkdaşları hoteldə əməliyyat keçirib. 

DİN əməliyyat nəticəsində 14 nəfərin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

Əməliyyat zamanı jurnalistləri aşağılayaraq onları "işverən” adlandıran İsmayıl Babayev də saxlanılıb. 

1992-ci ildə Cəlilabad rayonunda doğulan İsmayıl Babayev iş adamı Fətulla Babayevin oğludur.

İsmayıl Babayev bu hərəkətini video görüntülərlə sosial şəbəkədə yayıb.

İyulun 6-da Səbail Rayon Məhkəməsi İsmayıl Babayevin 20 sutka inzibati cəza alması ilə bağlı qərar verib

Məhkəmə qərarını paytaxt polisi report.az-a təsdiqləyib.

Sayt yazıb ki, bu, İsmayıl Babayevin ilk qalmaqallı hərəkəti deyil. 

O, ötən il idarə etdiyi "Mercedes Gelenwagen” markalı avtomobilini digər 3 avtomobilə çırpmışdı.