Jurnalistlərin Ağdam səfərində dava düşüb?
20-03-2021 01:14 / Bu xəbər 1611 dəfə oxundu
Prezidentin köməkçisinin araya girdiyi bildirilir
Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə Ağdama səfər edən media işçiləri arasında Kürdəmirdə çay süfrəsi arxasında mübahisə yaranıb.
Bu barədə hadisə şahidləri "Time.tv"yə danışıblar.
Bildirilir ki, mübhasə sonradan davaya çevrilib.
Məlumata görə, APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı ilə mübahisə edib, hətta onu şəxsi həyatı ilə bağlı məlumatları yaymaq da suçlayıb.
Bildirilir ki, qarşılığında Aynur Camalqızı Vüsalə Mahirqızını ağır formada təhqir edib.
Mübahisə əsnasında Aynur Camalqızı deyib ki, Vüsalə Mahirqızı onunla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərova danos ötürüb. Məhz buna görə də Kəmaləddin Heydərovdan gələn maliyyə azalıb.
Mənbə bildirib ki, tərəfləri bir-birindən aralamaq üçün Hikmət Hacıyevin cəhdləri yetərli olmayıb.
Bu iki qadın media rəhbəri arasında qarşıdurma uzun müddətdir ki, davam edir. Onları öncə deputat Qüdrət Həsənquliyevin, daha sonra isə prezidentin sabiq köməkçisi Əli Həsənovun barışdırdığı bildirilir.
Hadisə şahidlərin biri isə davanın kafedə deyil, ayaqyolunda baş verdiyini deyib.
Jurnalistlərin heç biri yayılan xəbərə münasibət bildirməyib.
Mənbə isə deyir ki, səfər zamanı yaranan bu dava hər iki media rəhbəri üçün xoşagəlməz sonluqla nəticələnə bilər.












