Jurnalistlərin vaksinasiyasına başlanıldı

Jurnalistlərin vaksinasiyasına başlanıldı

09-04-2021 13:23 / Bu xəbər 2307 dəfə oxundu

Bu gündən Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. 

Aprelin 9-da verilən məlumata görə, jurnalistlərin vaksinasiyası Mətbuat Şurasının binasında həyata keçirilir. 

Redaksiyalardan Mətbuat Şurasına daxil olan müraciət və siyahılara əsasən, media nümayəndələrinə mərhələli şəkildə peyvənd vurulacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, indiyəcən 200 jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. 

"Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin "Coronovac" peyvəndidir", -  Amaşov deyib.