Kadıköy polisindən Bayram Məmmədovla bağlı açıqlama

Kadıköy polisindən Bayram Məmmədovla bağlı açıqlama

06-05-2021 00:55 / Bu xəbər 3893 dəfə oxundu

"Başmaqlarını çıxarmaq üçün dənizə girib və gözdən itib"

Kadıköy Polis İdarəsi azərbaycanlı gənc fəal Bayram Məmmədov barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 2-də, saat 15:00 radələrində bir nəfər dənizə girib və çıxmayıb.

Bundan sonra polis əməkdaşları hadisə yerinə gedib: "Ərazidə aparılan araşdırmalar və şahidlərin dediyindən məlum olub ki, 25-30 yaşlarında oğlanın başmaqları dənizə düşüb. O, başmaqlarını çıxarmaq üçün dəniz girsə də, çıxmayıb və bir qədər çırpındıqdan sonra gözdən itib. Hadisə yerinə göndərilən Sahil Mühafizə Xidmətinin əməkdaşları onun cəsədini Haydarpaşa dayanacağına çıxararaq xəstəxanaya aparıblar".

Bildirilir ki, hadisə barədə müvafiq qurumlara və növbətçi cümhuriyyət prokuroruna məlumat verilib: "Prokuror araşdırmalar üçün xəstəxanaya sorğu göndərib və şəxsin kimliyini müəyyən etmək üçün tapşırıq verib. Mayın 4-də Polis İdarəsinə gələn şəxsin yaxınına cənazəsi tapılan şəxsin fotosu göstərilib. Yaxını cənazəsi tapılan şəxsin 1995-ci il təvəllüdlü Bayram Məmmədov olduğunu deyib".///meydan.tv