Kadırov yenidən Çeçenistanın prezidenti seçildi: 99,7 faiz səs

Kadırov yenidən Çeçenistanın prezidenti seçildi: 99,7 faiz səs

20-09-2021 13:15 / Bu xəbər 1374 dəfə oxundu

Çeçenistan Respublikasının başçısı vəzifəsinə keçirilən seçkilərin nəticələri açıqlanıb. 

Xəbəri "RİA Novosti” yayıb. 

Bildirilir ki, Ramzan Kadırov yenidən Çeçenistanın prezidenti seçilib. 

Çeçenistan Mərkəzi Seçki Komissiyası onun 99,7 faiz səs topladığını elan edib. 

R.Kadırov 1976-cı ildə anadan olub. 

O, 2004-cü ildən Çeçenistana rəhbərlik edir.  

R.Kadırov 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olmuş Əhməd Kadırovun oğludur. 

Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.