Kafe, restoran və çayxanalarla bağlı yeni qərar

Kafe, restoran və çayxanalarla bağlı yeni qərar

21-03-2020 23:16 / Bu xəbər 912 dəfə oxundu

"İctimai iaşə müəssisələrinin yeni iş rejimi müəyyən edilib"

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  görülən tədbirlər davam etdirilir.

Toplum Tv əbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumatda qeyd olunur ki, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır.

Bildirilir ki, qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.