Kafe və restoranlar nə vaxt açılacaq? - Prezidentin köməkçisi açıqladı

Kafe və restoranlar nə vaxt açılacaq? - Prezidentin köməkçisi açıqladı

08-08-2020 11:28 / Bu xəbər 1921 dəfə oxundu

Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: "Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.