Kəmaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub?

Kəmaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub?

02-05-2021 13:25 / Bu xəbər 1947 dəfə oxundu

Milli Onkologiya Mərkəzinin direktor müavini, deputat Kəmaləddin Qafarovun adı həbs olunan həkimlərlə iş birliyində hallanır. 

Bu barədə "sfera.az" məlumat yayıb. 

Məlumata görə, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin vəzifədən azad edilməsi, eləcə də səhiyyə sektorundakı səs-küylü həbslər Kəmaləddin Qafarovun dərman monopliyasını və şirkətlərini yenidən gündəmə gətirib.   

Bildirilir ki, K.Qafarov keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin kadrıdır və məhz bu yaxınlıq ona dərman bazarında nəhəng biznes şəbəkəsi qurmağa imkan tanıyıb. 

Məlumatda bildirilir ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən "Yeni Klinika”nın  direktoru Pərviz Abbassovla K.Qafarovun yaxın münasibətləri olub. Bu münasibətlər isə heç də şəxsi münasibət zəminində yox, işbirliyi formasında olub. Odur ki, məlum həbslər K.Qafarovu ciddi şəkildə narahat edib.

Sayt yazır ki, yaxın zamanlarda deputatın dərman biznesi ilə bağlı araşdırmaların aparılacağı gözlənilir. Onun mandatını girov qoyan sabiq deputat Rafael Cəbrayılov kimi eyni aqibətin gözləydiyi istisna edilmir.