Kamil Musəvi ilə Fəzail Ağamalı üz-üzə gəldi, ara qarışdı - VİDEO
06-02-2020 18:48 / Bu xəbər 1291 dəfə oxundu
Hər ikisi də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliklərini irəli sürmüş Qarabağ qazisi Kamil Musəvi ilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qalmaqal yaşanıb.
"Yeni Sabah” xəbər verir ki, sakinlər içində üz-üzə gələn namizədlər aqressivlik nümayiş etdiriblər.
Daha sonra isə ətrafdan fit səsləri yüksəlib, onlar bir-birindən uzaqlaşıblar.
Hadisəyə polis də müdaxilə edib.
Həmin görüntüləri təqdim edirik: