Kanadada ən böyük terror aktı baş verib
20-04-2020 19:30 / Bu xəbər 1174 dəfə oxundu
Polis formasında olan şəxs 17 nəfəri güllələyib
Kanadanın "Yeni Şotlandiya” əyalətində polis formasında olan bir nəfər şəxs odlu silahdan atəş açaraq 17 nəfəri öldürüb.
Xarici medianın bildirdiyinə görə, terroru törədən şəxs məhv edilib. Bu, hadisə Kanada tarixinin ən böyük qanlı hadisəsi sayılır.
İstintaqın məlumatına görə, polis maşınına bənzər maşınla hərəkət edən və polis formasını geyinmiş şəxs 51 yaşlı Qabriel Uortman atışma nəticəsində öldürülüb.
Ölənlər arasında iki uşaq anası olan polis əməkdaşı Haydi Stevenson da var. Digər bir polis əməkdaşı yaralanıb.
Polisin dediyinə görə, terrorçu əvvəlcə Portapik şəhərciyində yerləşən evlərin birinin sakinlərini məqsədyönlü şəkildə odlu silahla öldürüb və daha sonra təsadüfi seçimlə insanlara atəş açmağa bağlayıb. Bildirilir ki, qurbanların əksəriyyəti Uortmanla tanış olmayıblar. Polis, terror qurbanlarının daha çox ola biləcəyini istisna etmir.
Xatırladaq ki, bundan əvvəl ən qanlı atışma hadisəsi 1989-cu ildə baş verib. O, vaxt Mark Lepin adlı şəxs Monreal Politexnik Kollecində 14 qadını və özünü öldürüb. O vaxtdan bəri Kanadada odlu silahla bağlı bir sıra qadağalar tətbiq edilib.
Nizami












