Kanadada havanın temperaturu 48 dərəcəyə yüksəldi, onlarla insan ölüb

Kanadada havanın temperaturu 48 dərəcəyə yüksəldi, onlarla insan ölüb

30-06-2021 12:14 / Bu xəbər 2779 dəfə oxundu

Bernabi şəhərində son iki sutka ərzində təxminən 30 nəfər kəskin istilərdən ölüb.

CBC telekanalının məlumatına görə, Kanadanın Britaniya Kolumbiyası bögəsində baş verən rekord istilər nəticəsində qəfil ölüm hallarının qeydə alındığını bildirilir. 

Hüquq mühafizə orqanları açıqlama verib ki, son 48 saat ərzində Vankuver, Bernabi və Surrey şəhərlərində yüzlərlə insan qəfildən vəfat edib. 

Ölənlərin çoxu yaşlı insanlardır.

Onların ölümünün kəskin istilərdən ola biləcəyi istisna edilmir. 

Ən yüksək temperatur bazar və bazar ertəsi qeydə alınıb. 28 iyun tarixində Vankuverdən 150 km aralıda yerləşən Lytton şəhərində havanın hərarəti tarixi maksimuma -  47.9 selsi dərəcəyə çatıb. Digər bölgələrdə isə temperatur 40-45 dərəcə arasında dəyişib. 

Bəzi ərazilərdə son saatlarda hərarət düşüb, digərlərində isə isti hava şərait həftə sonunacan davam edəcək. 

Ölkənin qərbində həddindən artıq isti hava şəraiti ilə əlaqədar əhaliyə tədbirli olmaq barədə xəbərdarlıq edilib.