"Kanal1" saytının təsisçisi həbs edilib

03-06-2024 16:05 / Bu xəbər 517 dəfə oxundu

"Kanal1" saytının təsisçisi Arzu Orucov həbs edilib. 

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Orucova qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələbetmə) ilə ittiham irəli sürülüb.

Bu barədə "Turan"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Orucov Biləsuvar rayonunda bir neçə vəzifəli şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə günahlandırılır.

Orucovun əvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunduğu da bildirlir.

Arzu Orucovun vəkili və yaxınları ittihamla bağlı hələ şərh verməyib.