Kanalizasiya qapağı Bakıda ''Formula 1'' yarışlarını dayandırıb

Kanalizasiya qapağı Bakıda ''Formula 1'' yarışlarını dayandırıb

26-04-2019 15:46 / Bu xəbər 1418 dəfə oxundu

Mütəxəssislər trassa boyu kanalizasiya qapaqlarını yoxlayırlar

Bakıda aprelin 26-da "Formula 1” yarışması çərçivəsində sərbəst yürüşlər zamanı qeyri-adi qəza yürüşlərin dayandırılmasına səbəb olub.

Belə ki, "Williams” komandasının üzvü Corc Rassel yürüş zamanı idarə etdiyi bolidlə kanalizasiya qapağına toxunub və nəticədə qapaq bolidi zədələyib.

Yarışmanın təşkilatçılarının yaydığı məlumata görə, bolid trassadan evakuasiya edilib, lakin sərbəst yürüşlər bərpa edilməyib. Belə ki, təşkilatçılar trassa boyu bütün kanalizasiya qapaqlarını yoxlamaq istəyirlər.

Aprelin 27-də yarışların kvalifikasiya yürüşləri, aprelin 28-də isə əsas yarış planlaşdırılır.///meydan.tv