Keçmiş nazirin şirkəti qaz borcunu ödəmir

Keçmiş nazirin şirkəti qaz borcunu ödəmir

06-12-2021 17:50 / Bu xəbər 1546 dəfə oxundu

Keçmiş nazir Səlim Müslümova məxsus olduğu bildirilən "Formes Group. Az” MMC ilə "Azəriqaz” İstehsalat Birliyi arasında borc qalmaqalı davam edir.

Qaynarinfo xəbər verir ki, nazirin şirkəti dövlət qurumuna olan borcunu ödəmək istəmir.

"Formes.Group.Az” MMC 2016-cı ildən istixana kimi fəaliyyət göstərir. 2020-ci ilə qədər olan dövr üçün istixananın "Azəriqaz”a 217 min manat borcu yaranıb. Lakin nazirə məxsus istixana müxtəlif bəhanələrlə ödənişdən yayınıb.

"Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda "Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı "Formes.Group. Az” MMC kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıb.

"Azəriqaz” yenidən məhkəməyə müraciət etməli olub. Bu iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.
 
Səlim Müslümov 2013-2018-ci illərdə Əmək və əhalinin sosial müdafiəsi naziri olub. 

O, 2021-ci ilin fevralında korrupsiya ittihamı ilə həbs edilib.