Kəmaləddin Heydərov: “O ərəbləri tanımıram…”

Kəmaləddin Heydərov: “O ərəbləri tanımıram…”

26-03-2021 23:53 / Bu xəbər 1489 dəfə oxundu

"Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir. Yazırlar, qoy, yazsınlar. Bir söz demirəm”.

Bu sözləri Gununsesi.info-ya fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir: "Azərbaycana hər gələn turist mənim qonağım olası deyil ki… Kimlərsə yazıb, bir söz demirəm”.

Martın 25-də sosial şəbəkələrdə ərəb turistlərin Qax rayonunda müxtəlif quş növlərini, əsasən də durnaları ovladıqları barədə görüntülər yayılıb.

Bu məlumatları ilk dəfə ekoaktivist Cavid Qara gündəmə gətirib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, iki ərəb turist "Ovçuluq haqqında” qanunu pozduğuna görə dörd min manat cərimə olunub.