Kəmaləddin Heydərovun düşdüyü qəzanın görüntüsü yayıldı (VİDEO)

Kəmaləddin Heydərovun düşdüyü qəzanın görüntüsü yayıldı (VİDEO)

21-05-2020 13:15 / Bu xəbər 626 dəfə oxundu

Dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb.

Bu barədə bizimxeber.az məlumat yayıb.

Məlumata görə, "Dostluq" kinoteatrı adlanan ərazidə Azadlıq prospekti ilə Bakıxanovun kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun maşını 90-AA-900 "Mercedes s class" "Maserati" markalı maşınla toqquşaraq qəza törədib.

Dərhal naziri mühafizə maşını olan 10-UP-900 "Nissan patrol"a əyləşdirərək ərazidən uzaqlaşdırıblar.

Qısa zamanda nazirliyin avtomobili alovlanıb. 

Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov baş verən qəza ilə bağlı unikal.org-a açıqlama verib.

O bildirib ki, qəzada xəsarət alan olmayıb: "Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim! Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm”.