Kəmaləddin Heydərovun oteli satışa çıxarıldı: 752 milyon manat

Kəmaləddin Heydərovun oteli satışa çıxarıldı: 752 milyon manat

16-06-2022 00:29 / Bu xəbər 1105 dəfə oxundu

Bakının mərkəzində yerləşən, dəbdəbəli, dördulduzlu "Qafqaz Baku City Hotel & Residences” oteli satışa çıxarılıb.

Bu barədə "bina.az" saytında elan yerləşdirilib. 

Bildirilir ki, otelin qiyməti 72 milyon 750 min manatdır.

"Gilan Holding”ə məxsus olan "Qafqaz” otellər şəbəkəsinə 13 otel daxildir.

Bu mülklərin sahibinin isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olduğu bildirilir.