Kəmaləddin Qafarovun biznes səltənəti

Kəmaləddin Qafarovun biznes səltənəti

25-04-2021 01:53 / Bu xəbər 1398 dəfə oxundu

"Ölkənin dərman bazarındakı özbaşınalıq və xaotik durumla bağlı dəfələrlə yazılmasına baxmayaraq bu sahədə ürəkaçan dəyişikliyə şahidlik etmirik. Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad edilməsi isə nəhayət, bu sektorda müsbət irəliləyişlərin olacağına dair ümidlər yaradıb. Hazırkı acı reallıq isə saxta dərman satışı, monopolistlərin meydan sulaması ilə diqqət çəkir". 

Bu fikirlər pravda.az-ın "deputat Kəmaləddin Qafarovun biznes səltənəti" başlıqlı yazısında əskini tapıb. 

Yazıda bildirilir ki, dərman monopolistlərindən sayılan Milli Onkologiya Mərkəzinin direktor müavini Kamaləddin Qafarov özünə böyük biznes şəbəkəsi qurub. 

"Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin də adı bu kimi qalmaqallı olaylarda hallanmır. Əksinə, onun rəhbərlik etdiyi sahənin peşəkarı olması, neqativ hallara qarşı barışmazlığı daxil olan informasiyalar arasındadır. Bununla belə, direktor müavini Kəmaləddin Qafarovun şəxsi biznesin qayğısına qalmağa yönəlmiş fəaliyyəti həm Milli Onkologiya Mərkəzində görülən müsbət işlərə, həm də ümumi səhiyyə sisteminə kölgə salmaqdadır", - məlumatda qeyd olunur. 

Sayt deputatı xərçəng xəstələrini soymaqda günahlandırıb və Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarova məxsus şirkətlərin siyahısını yayıb. 

Həmin şirkətlərin adı isə aşğıdakılardır: 

– "AzəriMed” MMC,
– "AzəriMed MNK” MMC
– "Kanon” MMC,
– "Mega Pharmacy” MMC,
– "Azeri Med MNK” MMC,
– "Versal” MMC,
– "Versal Palace” MMC
– "Naturalist” firması,
– "AvestaFarm” MMC,
– Cardinal Health şirkəti
– "Ruslan AZ” MMC
– Zəfəran Hospital
– Zəfəran Apteklər şəbəkəsi
– Siyəzən Broyler.
 
Deputat isə yayılan məlumata münasibət bildirməyib.