Keçmiş deputata məxsus olduğu deyilən restoranı sökülür

Keçmiş deputata məxsus olduğu deyilən restoranı sökülür

25-04-2019 13:15 / Bu xəbər 1685 dəfə oxundu

"Gənclik” stansiyasının yaxınlığında yerləşən Atatürk parkında illər əvvəl kortəbii tikilmiş ticarət obyektləri, restoranlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə sökülür.

Bu barədə Virtualaz.org xəbər yayıb.

Məlumata görə, keçmiş deputat Fərhad Qədimova məxsus olduğu deyilən "Büllur” restoranın sökülməsinə başlanılıb. Məşhur restoranın yerində hansısa yeni obyektin tikiləcəyi isə istisna olunmur.

Binəqədi Rayon İcra Hakimiyyəti isə parkda sakinlərin asudə vaxtının təşkili üçün yer inşa edildiyini bildirib.

Atatürk parkını zəbt etmiş iri və dəbdəbəli restoranların demək olar ki, hamısı oliqarx və deputatlara məxsusdur.