Kənd məktəblərində işləməyə gedən müəllimlərə əlavə ödəniş ediləcək

Kənd məktəblərində işləməyə gedən müəllimlərə əlavə ödəniş ediləcək

29-01-2021 16:33 / Bu xəbər 857 dəfə oxundu

Gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün nəzərdə tutulan kompensasiyanın məbləği artırılıb. 

Bu barədə yanvarın 29-da Nazirlər Kabineti məluma yayıb. 

Yeni qərara əsasən kompensasiyanın həcmi 60 manatdan 90 manata qaldırılıb. 

Nazirlər Kabinetinin müvafiq qərarında bildirilir: "Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat (əvvəl 60 manat) məbləğində kompensasiya verilir".