"Kənd təsərrüfatı məhsullarının emalı, daşınması, tədarükü və satışı inhisara alınır"

04-02-2021 13:44 / Bu xəbər 826 dəfə oxundu

Xərc verilişində bu dəfə iqtisadçılar danışır ki, münbit əkin sahələrini ələ keçirib monopoliya yaradanlar,  indi də kənd təsərrüfatı məhsullarının emalını, daşınmasını, tədarükünü və satışını inhisara alırlar. Bu yolla onlar kiçik fermer, kəndli təsərrüfatlarını tamamilə sıradan çıxaracaq və yaxud da də özlərinə tabe edəcəklər. 

Kiçik fermer, kəndli təsərrüfatları dünya əhalisinin 70 faizini ərzaqla təmin etməklə yanaşı, həm də  az gəlirli olan ölkə əhalisinin 60-80 faizinin əsas dolanışıq mənbəyidir.  
 
Meydan Tv-də Aytən Mürsəlovanın aparıcısı olduğu "Xərc" verlişində iqtisadçı Toğrul Maşallı bu mövzuya aydınlıq gətirir.