“Kəpəz” MTK-da yarım milyonluq yeyinti

“Kəpəz” MTK-da yarım milyonluq yeyinti

14-04-2021 17:35 / Bu xəbər 1813 dəfə oxundu

Bakıda bir neçə yaşayış binası tikən "Kəpəz” MTK-da yeyinti aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb. Belə ki, "Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, şirkətin işçisi, Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyev ondan xəbərsiz və qanunsuz olaraq 5 ədəd mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır.

Faktla bağlı araşdırma aparılır.