Kərəm Həsənovun "sağ əli" saxlanılıb

Kərəm Həsənovun

07-04-2021 23:40 / Bu xəbər 1840 dəfə oxundu

Bakı "BT”nin keçmiş rəis müavini həbs edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BT-red.) 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini olmuş Eldar Mirzəyev saxlanılıb.

Eldar Mirzəyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan informasiya ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.