Kerri İŞİD-ə qarşı əməliyyatlardan danışıb

Kerri İŞİD-ə qarşı əməliyyatlardan danışıb

23-01-2015 11:17 / Bu xəbər 1302 dəfə oxundu

ABŞ dövlət katibi Con Kerri İŞİD-in əsas komandirlərinin yarıdan çoxunun öldürüldüyünü deyib. 

İngiltərədə keçirilən İŞİD-lə mübarizə toplantısında iştirak edən Kerri Suriya və İraqda son 4 ayda İŞİD-ə qarşı aparılan əməliyyatlardan danışıb. Kerri İraq və beynəlxalq tərəfdaşlarının İŞİD-ə qarşı mühüm nailiyyətlər əldə etdiyini qeyd edib. 

Sentyabr ayında Brüsseldə keçirilən görüşdən bu yana terror təşkilatına qarşı Suriya və İraqda 2 minə yaxın hücum həyata keçirildiyini bildirən Kerri deyib: “İŞİD-in yüksək səviyyəli komandirlərinin 50 faizi öldürülüb. Təşkilata məxsus yüzlərlə avtomobil və tank məhv edilib. İŞİD-in istifadə etdiyi təxminən 200 neft və qaz kompleksi sıradan çıxarılıb”.(Musavat.com)

Arqument.az