Kerridən Nemtsovun qətli ilə bağlı Rusiyaya çağırış

Kerridən Nemtsovun qətli ilə bağlı Rusiyaya çağırış

28-01-2015 12:49 / Bu xəbər 1162 dəfə oxundu

“Amerika Birləşmiş Ştatları Rusiya rəhbərliyini müxalifətçi Boris Nemtsovun qətlini araşdırmağa və hadisəni törədənləri tezliklə məsuliyyətə cəlb etməyə çağırıb”. 

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir. 

ABŞ dövlət katibi Con Kerri vaxtilə Rusiyan baş nazirinin müavini olmuş B. Nemtsovun qətlindən çox təsirləndiyini və kədərləndiyini bildirib. 

“Boris Nemtsov həyatını demokratik, çiçəklənən, açıq Rusiyaya həsr edib. O, Birləşmiş Ştatlar da daxil olmaqla, Rusiyanın tərəfdaş və qonşu ölkələrlə güclü münasibətlər qurmasını istəyirdi. B. Nemtsov bir çox vəzifələrdə çalışıb. Bütün vəzifələrdə o, islahatlar həyata keçirən Rusiya üçün çalışıb. Nemtsovun yoxluğu Rusiyada və bütün dünyada hiss olunacaq”,- deyə Con Kerrinin müraciətində deyilir. 

Arqument.Az