Kəşfiyyatçı: "İşğalçılar Mariupolda 25 mindən çox insanı qətlə yetiriblər"

Kəşfiyyatçı:

11-05-2022 14:11 / Bu xəbər 3040 dəfə oxundu

""Azov” alayı təslim olmayacaq, belə bir əmrimiz yoxdur"

""Azov” alayı ruslara təslim ola bilməz, çünki onun Mariupolda "Azovstal"ın müdafiəsini saxlamaq əmri var və onu poza bilməz".

Bunu alayın kəşfiyyatçısı İlya Samoilenko "Sky News”a müsahibəsində səsləndirib.

"Biz təslim ola bilmərik, çünki təslim olmaq əmrimiz yoxdur. Biz qabaqcadan verilən əmri pozmayacağıq. Bu, çox vacibdir. Biz əmrləri pozmuruq və əmrlərə ciddi əməl edirik", -  deyə Samoilenko bildirib.

O deyib ki, Rusiya onun olduğu bölməni terror təşkilatı kimi tanıyıb: "Əgər təslim olsaq, mən və qardaşlarım həbs olunacağıq”.

Onun sözlərinə görə, zavodun müdafiəçiləri Rusiyanın Mariupoldakı cinayətlərinin şahididirlər: "Burada işğalçılar 25 mindən çox insanı qətlə yetiriblər. Ona görə də ruslar onları sağ saxlamaqda maraqlı deyillər". 

"Bizim üçün hər gün "sonuncu ola bilər” düşüncəsi yaşanır, amma yenə də bu barədə fikirləşmirik. Çünki bizim həyatımız önəmli deyil, amma müharibə uduzulsa, Ukrayna üçün fəlakətli olacaq”, - kəşdiyyatçı belə deyib.
 


Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.