"Kesikçidağ"da növbəti təxribat

05-06-2020 00:37 / Bu xəbər 1316 dəfə oxundu

"Kesikçidağ"da yenidən təxribat törədilib.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda deyilir ki, iyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlər törədib.

Məlumatda həmçinin Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılması bildirilir. 

Rəsmi açıqlamada həm də dövlət sərhədində istənilən təxribatın qarşısının qətiyyətlə alınacağı və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçılarının məsuliyyət daşıyacağı bildirilir.///Toplum.Tv