KFC koronavirusla üzləşən əməkdaşlarına 1000 ABŞ dolları ödəyəcək

KFC koronavirusla üzləşən əməkdaşlarına 1000 ABŞ dolları ödəyəcək

14-04-2020 14:29 / Bu xəbər 1011 dəfə oxundu

KFC koronavirusla üzləşən əməkdaşlarına 1000 ABŞ dolları həcmində birdəfəlik maddi yardım göstərəcək.

Bu kampaniya dünyanın bir çox ölkələrində tətbiq olunur. 

Bu kampaniya KFC-nin Azərbaycandakı resotanlarına da aiddirmi? 

Şirkətin PR meneceri Kseniya Strojevskaya Arqument.az-a açıqlamasında (sorğunun cavabında) bildirib ki, koronavirusla üzləşən əməkdaşlara birdəfəlik 1.000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi bütün dünyada fəaliyyət göstərən Yum!Brands şirkətinin (KFC və Pizza Hut kimi brendlərin sahibi – red.) qlobal təşəbbüsüdür. 

Onun sözlərinə görə, bütün dünyada, həmçinin Azərbaycanda fəaliyyət göstərən KFC restoranlarında, o cümlədən  françayzinqli tərəfdaşlar tərəfindən idarə olunanlar obyektlərdə, rəsmi olaraq işə götürülmüş istənilən işçi bu kompensasiyanı yaxın 12 ay ərzində müraciət edib almaq hüququna malikdir. 

Qeyd olunan kompensasiya iki halda ödənilir: işçi koronavirusa yoluxduqda və ya işçi tərəfindən yaxın qohumuna sonuncunun yoluxması nəticəsində qulluq göstərildikdə. 

Kompensasiyanı almaq üçün şirkətin rəsmi saytında yerləşdirilən xüsusi formanı doldurmaqla müraciət oluna bilər. 

Müraciətin yoxlanılıb təsdiq edilməsi üçün COVİD-19 virusuna yoluxmanı təsdiq edən rəsmi tibbi orqanın (testi aparmaq səlahiyyəti olan) arayışı və KFC restoranında işləməyi təsdiqləyən sənədləri əlavə etmək zəruridir.

Nizami