KİV: Netanyahu Haniyənin qətlinin icazəsini ABŞ-dan alıb
31-07-2024 09:46 / Bu xəbər 694 dəfə oxundu
"İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS lideri İsmayıl Haniyənin öldürülməsinə icazəni ABŞ-dən alıb”.
"Əl-Cəzairə" xəbər verir ki, məlumatı Yəməndəki husilərə yaxın mətbuat orqanları yayıb.
Bildirilir ki, İsrail hökumətinin başçısı son səfəri zamanı onunla ABŞ hakimiyyəti arasında HAMAS liderinin qətlə yetirilməsi ilə bağlı rəsmi razılıq əldə edilib.